Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''iPhone 16''nın görüntüləri yayıldı - FOTO

''iPhone 16''nın görüntüləri yayıldı - FOTO

Tarix: 1 Avqust 2024 11:04

Ənənəvi olaraq, yayın ikinci yarısında yeni "iPhone" modelləri haqqında daha çox təfərrüat ortaya çıxır.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, tanınmış texnologiya müşahidəçisi və insayder Sonni Dikson qarşıdan gələn "iPhone 16"nın maketlərinin fotolarını dərc edib.

Şəkildən gördüyünüz kimi, "Apple" smartfonlarının qarşıdan gələn seriyası kamera blokunun yeni dizaynı və yeni rəng çeşidi əldə edəcək.

Əgər maketlər aktual olarsa, "iPhone 16" və "iPhone 16 Plus" beş rəngdə olacaq: Ağ, qara, mavi, yaşıl və çəhrayı. Pro versiyalarına gəlincə, keçən ildə olduğu kimi, burada istifadəçiləri sürprizlər gözləyə bilər.

"iPhone 16"nın təqdimatı sentyabrın birinci yarısında gözlənilir.


Etiketlər:  iPhone 16nın görüntüləri yayıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ