Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kriştiano Ronaldo gizlicə evlənib?

Kriştiano Ronaldo gizlicə evlənib?

Tarix: 1 Avqust 2024 11:54

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo sevgilisi Corcina Rodrigezlə ailə qurub.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, idmançı məşq haqda verdiyi müsahibəsi zamanı bu barədə təsadüfən danışıb. 

Ronaldo təsirli şəkildə Corcinanı həyat yoldaşı adlandırıb.

Onun bu müsahibəsindən sonra cütlüyün gizlicə evləndikləri haqda şərhlər yazılıb.

Qeyd edək ki, Ronaldonun beş övladı var. Onlardan yalnız ikisi Corcinadandır: 6 yaşlı Alana Martina və qardaşını itirən 2 yaşlı Bella Esmeralda. Ronaldonun ən böyük varisi 13 yaşlı Kriştianu Jr.-dır. Futbolçu onun anasının kimliyini gizlədir. Əkizlər Mateo və Eva surroqat anadan dünyaya gəliblər.


Etiketlər:  Kriştiano Ronaldo gizlicə evlənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ