Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti
Tarix: 2 Avqust 2024 14:00
Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi qaydaları hazırlanacaq.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi"nin təsdiqi haqqında" Fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi qaydalarını altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Milli.Az