Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2024 12:54
Amerikalı həkimlər atışma nəticəsində yaralanan SSRİ xalq artisti Armen Cigərxanyanın oğlu Stepanı pulsuz müalicə etməkdən imtina ediblər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
"36 min dollara başa gəldiyi üçün xəstəxanada gecələməkdən imtina etdim. Ona görə məni evə gətirdilər. Yara təbii ki, ciddidir. Amma ümumilikdə özümü yaxşı hiss edirəm", - Cigərxanyan bildirib.
Qeyd edək ki, erməni əsilli SSRİ xalq artisti Armen Cigərxanyanın oğlu Stepan Cigərxanyan Las-Veqasın mərkəzində başından güllələnmişdi.