Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Olimpiya çempionu xəstəxanalıq oldu - FOTO

Olimpiya çempionu xəstəxanalıq oldu - FOTO

Tarix: 5 Avqust 2024 14:34

Paris-2024 Yay Olimpiya Oyunlarında hündürlüyə tullanma yarışında iştirak edəcək italiyalı Canmarko Tamberi problemlə üzləşib.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, atlet mübarizənin başlamasına 2 gün qalmış xəstəxanaya yerləşdirilib.

Buna idmançıda böyrək daşları olması şübhəsidir.

Tamberi baş verənlərə baxmayaraq yarışda iştirak edəcəyini bildirib: "Bunlara layiq deyiləm, Olimpiada üçün hər şeyi etmişəm. Oraya necə çatacağımı bilmirəm, amma tullananlar sırasında olacağam. Vəziyyətimə baxmayaraq, son tullanışa qədər hər şeyimi verəcəm. Buna and içirəm".

Qeyd edək ki, Tamberi Tokioda keçirilən son Olimpiya Oyunlarının qızıl mükafatçısıdır.


Etiketlər:  Olimpiya çempionu xəstəxanalıq oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ