Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paris-2024: Mariya Stadnikdən gözlənilməz məğlubiyyət - YENİLƏNİB - FOTO

Paris-2024: Mariya Stadnikdən gözlənilməz məğlubiyyət - YENİLƏNİB - FOTO

Tarix: 6 Avqust 2024 15:26

15:24

Mariya Stadnik 1/4 finalda Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla görüşüb. O, rəqibinə 3:4 hesabı ilə uduzub.
--------
14:35


Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu gün güləş yarışlarında daha üç çəkidə mübarizəyə start verilib.

Qadın güləşində bir kateqoriyada ilk qarşılaşmalar keçirilir. Azərbaycanın bu növdəki yeganə təmsilçisi Mariya Stadnik özünün 5-ci Olimpiadasında Olimpi fəth etməyə çalışıb.

Qadın güləşi
50 kq
Olimpiya Oyunlarının ikiqat gümüş və ikiqat bürünc mükafatçısı Mariya Stadnik yarışa 1/8 finaldan başlayıb. Onun ilk rəqibi Anastasiya Blavyas (Almaniya) olub. Millimizin lideri görüşü inamlı qələbə ilə bitirib. Stadnik alman güləşçini 6:2 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Mariya London-2012 və Rio-2016-da gümüş, Pekin-2008 və Tokio-2020-də bürünc qazanıb.

Milli.Az


Etiketlər:  Paris 2024 Mariya Stadnikdən gözlənilməz məğlubiyyət YENİLƏNİB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ