Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2024 18:33
İndi Qərbin "Ermənistan" adlı əməliyyatı son mərhələsinə qədəm qoyur.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu "Moskva-Bakı"ya müsahibəsində rusiyalı politoloq Yevgeni Mixaylov deyib.
"Qərbin səyləri sayəsində Ermənistan artıq antirusiya forpostuna çevrilir. Müstəqil dövlət, siyasətin müstəqil aktoru deyil. Onu müstəqil siyasət yürütmək istəyən bütün region ölkələrinə qarşı çıxaracaqlar. Ermənistanın özü üçün Qərbin nəzarətinə keçid dövlətçiliyin itirilməsi təhlükəsi yaradır. Cənubi Qafqaz dünyanın mühüm strateji geosiyasi nöqtələrindən biridir. Yaxınlığında Rusiya, İran, Türkiyə var. Orta Asiya da yaxınlıqdadır. Ona görə də Qərb ona sahib çıxmaq istəyir, bütün Cənubi Qafqazı öz nəzarətinə götürməyə çalışır", - o bildirib.
Mixaylov qeyd edib ki, "Xarici agentlər Haqqında qanun qəbul edəndən sonra Qərb indi Gürcüstana təzyiq göstərməyə çalışır:
"Qərb artıq Gürcüstan dövlətinə yardımının bir hissəsini dondurub. Hər şey Qərbin oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkisində qərbyönlü müxalifətin qalib gəlməsini təmin etməsinə doğru gedir. Əgər bu baş verərsə, onda üç Cənubi Qafqaz dövlətindən ikisi Qərbin nəzarəti altında olacaq. Qərb həqiqətən də Azərbaycana təsir etmək istəyir, amma buna nail olmur. Azərbaycan öz suveren siyasətini həyata keçirir, siyasi və iqtisadi cəhətdən sabit dövlətdir. Azərbaycanın ciddi tərəfdaşları var - Rusiya və Türkiyə, onların da regionda öz aydın milli maraqları var. Bakının beynəlxalq aləmdə statusu ancaq yüksəlir. O, dünyada baş verən bir çox siyasi proseslərin təşəbbüskarıdır. Və bu gün Azərbaycan götürüb "udulacaq" qədər sadə bir ölkə deyil. Bu həm də ondan irəli gəlir ki, rəsmi Bakı ötən ilin sonundan ABŞ, AB və Fransaya qarşı tənqidləri artırıb".