Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan Qətər şeyxi ilə Ankarada görüşdü

Ərdoğan Qətər şeyxi ilə Ankarada görüşdü

Tarix: 9 Avqust 2024 00:10

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd əs-Sani arasında görüş keçirilib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, yüksək səviyyədə keçirilən danışıqların əsas mövzusu Yaxın Şərqdə, o cümlədən Livandakı vəziyyət olub.

İran və İsrail arasında münasibətlərdəki gərginlik, eləcə də regiona humanitar yardımın tədarükü ilə bağlı fikir mübadiləsi aparılıb.

İki ölkənin iqtisadi əlaqələrinin inkişafı mövzusu Ərdoğan və Saninin gündəliyində ayrıca bənd kimi yer alıb. Ötən ilin yekunlarına görə, Türkiyə və Qətər arasında ticarət dövriyyəsi 1 milyard dolları ötüb.


Etiketlər:  Ərdoğan Qətər şeyxi ilə Ankarada görüşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ