Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Roza oğlunun xəstə anasını xilas etmədi...''

''Roza oğlunun xəstə anasını xilas etmədi...''

Tarix: 9 Avqust 2024 09:15

Müğənni Roza Zərgərli ilə oğulluğu Jerard Qafarov arasındakı qalmaqal səngimək bilmir.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, tərəflərin mübahisəsinə kənar şəxslər də qoşulub. Roza Zərgərliyə yaxınlığı ilə seçilən adamlar Jerardı nankorluqda suçlasalar da, bu mövzuda fərqli düşünənlər də var.

Xüsusilə Jerardın dostları müğənninin oğulluğu haqda dediyi sözlərlə barışmırlar. Onlar R.Zərgərlini övladlığa götürdüyü şəxslərə qarşı ögey münasibətdə suçlayır və məşhurluğundan istifadə edərək ictimaiyyəti aldatmaqda günahlandırırlar. Sayt yaratmaq

Jerardın dostu olduğu güman edilən Samir Qurbanovun verdiyi açıqlamalar isə şok effekti yaradıb. O, Roza Zərgəlinin vaxtilə Jerardın xəstə anasına yardım etmədiyini iddia edib:

"Hamı bilib-bilmədən ağzına gələni yazır. Öncəliklə onların öz anaları Leyla xanım Qafarova xəstəlikdən dünyasını dəyişib. Roza əlində onu xilas etmək şansı var ikən bunu etməyib. İkincisi həmin oğlan hər yerdə işləyir, özünə bunu utanc bilmir. Bir işdən çıxan kimi başqa iş tapır. Siz daş daşımaq deyirsiniz, o, ən pisini də edib.Onun nə etdiyini çox yaxından mən bilirəm. Onun yaşadığı həyatı, təkbaşına çəkdiyi əziyyətləri hər oğul bacarmaz!

Ölkədə də iş tapmaq asan deyil. Jerard iş tapdıqca da işləyir. Heç vaxt deməyib ki, mən filan işdə işləmərəm, nə olsa, razıdır. Əxlaqı, namusu, qeyrəti ilə çalışıb. Gedib camaatın namusuna, malına göz dikib pul qazanmır. Ehtiyacı var, sadəcə yardım istəyir. Gedib oğurluq etmir, adam öldürmür.

Danışmazdan öncə özünüzü onun yerinə qoyun. Kənardan, bilmədən danışmaq. Fikir bildirmək asandır. Amma mövzunun dərinliyini bilsəniz, hər biriniz onun qarşısında susub oturarsınız!".

Jerardın sözügedən rəyin ekran görüntüsünü şəxsi sosial şəbəkə hesabında paylaşması müzakirələri daha da qızışdırıb.

Milli.Az


Etiketlər:  Roza oğlunun xəstə anasını xilas etmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ