Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2024 09:48
Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarının 14-cü günüdür. Bu gün Azərbaycan millisi 3 idman növü üzrə yarışacaq.
Sonxeber.net xəbər verir ki, ilk olaraq bədii gimnastlar qüvvələrini sınayacaqlar.
Bədii gimnastika
Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə, Yelizaveta Luzandan ibarət Azərbaycan milli komandası əvvəlcə qrup hərəkətləri (halqalar) üzrə yarışın təsnifat mərhələsində iştirak edəcək (yarışın başlanğıc saatı 12:00). Daha sonra komanda lent və topla hərəkətlərdə də gücünü nümayiş etdirəcək (13:16).
Sərbəst güləş
Bu gün Azərbaycanın daha iki sərbəst güləşçisi mübarizəyə qoşulur. 74 kq çəkidə yarışan Avropa çempionatlarının gümüş və bürünc mükafatçısı Turan Bayramov (23 yaş) 1/8 finalda Albaniyanı təmsil edən gənclər arasında dünya çempionu Çermen Valiyevlə (25) qarşılaşacaq.
125 kq çəkidə yarışan Azərbaycan digər sərbəst güləşçisi, Avropa çempionatlarının bürünc mükafatçısı Giorgi Meşvildişvili də bu gün mübarizəyə qoşulur. 32 yaşlı milliləşdiriımiş gürcüstanlə legionerin 1/8 finalda rəqibi Misiri təmsil edən beşqat Afrika çempionu Kamal Diaalyeldin (31) olacaq.
Boks
Son olaraq isə 92 kq çəkidə yarışan Azərbaycan boksçusu, dünya çempionu (2021-ci il) və dünya çempionatının (2023) gümüş mükafatçısı Alfonso Dominges finala döyüşünə çıxacaq. Onun rəqibi Asiya çempionu (2022) və dünya çempionatının (2023) bürünc mükafatçısı Lazizbek Mullojonov (Özbəkistan) olacaq.
Döyüşün bu gecə Bakı vaxtı ilə saat 00:34-də başlaması nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycan Paris-2024-də artıq 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.