Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2024 09:52
Azərbaycan boksçus Alfonso Dominges (92 kq) bu gecə Paris-2024 Yay Olimpiya Oyunlarında final döyüşünə çıxacaq.
Sonxeber.net xəbər verir ki, dünya çempionu (2021-ci il) və dünya çempionatının (2023) gümüş mükafatçısı olan idmançı həlledici gürüşdə özbəkistanlı Lazizbek Mullojonovla üz-üzə gələcək.
Lazizbek Asiya çempionu (2022) və dünya çempionatının (2023) bürünc mükafatçısıdır.
Döyüşün bu gecə Bakı vaxtı ilə saat 00:34-də başlaması nəzərdə tutulub.