Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səudiyyə Ərəbistanının sərbəst buraxdığı 128 husit məhbusu Yəmənin paytaxtına gəlib

Səudiyyə Ərəbistanının sərbəst buraxdığı 128 husit məhbusu Yəmənin paytaxtına gəlib

Tarix: 29 Noyabr 2019 09:00

Bakı. Trend:

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tərəfindən sərbəst buraxılan 128 husit məhbus, noyabrın 28-də Yəmənin paytaxtı Sənaya gəlib.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) bildirib.

Azad edilən məhkumlar, koalisiya rəhbərliyinin tələbi ilə Səudiyyə Ərəbistanının Xamis Muşait şəhərindəki bir həbsxanadan Səna hava limanına təyyarə ilə nəql ediliblər.

Noyabrın 28-i, koalisiya rəsmisi Turki Al Maliki, koalisiyanın "məhbusların mübadiləsini özündə əks etdirən Stokgolm Sazişini daha geniş həyata keçirmək məqsədi daşıyan" birtərəfli qaydada 200 husi məhbusunu azad edəcəyini söyləyib.

Stokgolm müqaviləsi, Yəmən hökuməti ilə Husit üsyançıları arasında müharibənin hərtərəfli sona çatması üçün siyasi razılaşmanın ilk mərhələsi 2018-ci ilin dekabrında əldə edilib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya, Yəmən qarşıdurmasına 2015-ci ildə prezident Əbd-Rabbu Mənsur Hadinin beynəlxalq səviyyədə tanınmış hökumətini dəstəkləmək üçün müdaxilə edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Səudiyyə Ərəbistanının sərbəst buraxdığı husit məhbusu Yəmənin paytaxtına gəlib


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ