Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2024 12:40
Fransa Prezidenti Emmanuel Makron sentyabrın 21-də Ermənistana səfər edəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın "Joğovurd" qəzeti Fransadakı erməni icmasına istinadən məlumat yayıb.
Qəzet onu da yazıb ki, hazırda Ermənistanın Müstəqillik Gününə təsadüf edən səfərin detalları müzakirə olunur.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 21-də Makronu ölkəsinə dəvət edib.