Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2024 19:52
HƏMAS faktiki olaraq ABŞ və İsrailin Qəzzada atəşkəs razılığı barədə şərtlərini qəbul etməkdən imtina etdiyini açıqlayıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.
"Hazırkı təklif Amerikanın Netanyahunun yeni şərtlərinə, eləcə də onun Qəzza zolağına qarşı cinayət planlarına təslim olmasıdır", - məlumatda deyilib.
Xatırladaq ki, Blinken İsrailin ABŞ-ın Qəzza zolağında atəşkəslə bağlı yeni təklifini qəbul etdiyini, lakin HƏMAS-ın bunu hələki qəbul etmədiyini bildirmişdi.