Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2024 22:18
Özünüzü daim yorğun hiss edirsinizsə, yeməkdən sonra divanda yuxuya gedirsinizsə, gün ərzində iştahanız azalıb-artırsa, baş ağrısından şikayətlənirsinizsə, bu o deməkdir ki, belə şikayətlərin arxasında insulin dayanıqlılığı problemi var.
Milli.Az oxu.az-a istinadən bildirir ki, daxili xəstəliklər üzrə türkiyəli mütəxəssis Betül Bal insulin dayanıqlılığı ilə bağlı bəzi tövsiyələr edib.
Onun sözlərinə görə, son illər bu problem, xüsusilə gənc yaşlarda sürətlə artmaqdadır. Bunun səbəbləri isə qeyri-sağlam qidalanma vərdişləri və hərəkətsizlikdir.
İnsulin dayanıqlılığı problemi olan insanlarda bu, bədəndə iltihaba səbəb olur və zaman keçdikcə 2-ci tip diabet adlanan xəstəliyə çevrilə bilər. Həmçinin bu insanlarda yüksək xolesterin, yüksək təzyiq və damar tıxanıqlığı kimi narahatlıqlara da rast gəlinir. Betül Bal bunun qarşısının alınması üçün 6 effektiv üsul tövsiyə edib.
Səhər yeməyində protein tərkibli qidalardan istifadə edin.
Xəmir və simit kimi qidalar əvəzinə zülal, yağ və karbohidrat baxımından balanslaşdırılmış qidalar yeyin. Xüsusilə zülal və liflə zəngin qidalar gün ərzində iştahanın nəzarətdə saxlanmasına kömək edir.
Yeməkdən sonra 15 dəqiqə gəzin.
Gün ərzində hərəkətliliyinizi artırın. Xüsusən də oturaq işdə çalışırsınızsa, müntəzəm olaraq ayağa qalxın və vaxtaşırı ofis daxilində addımlayın. Nahar fasiləsi zamanı qısa da olsa, çöldə gəzintiyə çıxın. Məsələn, yeməkdən sonra 15 dəqiqəlik qısa gəzintilər belə insulin ifrazını azaldır.
Yeməyinizə salat və ya tərəvəzlə başlayın.
Salat və tərəvəz insulin ifrazınızı tarazlaşdırmağa kömək edəcək. Bundan əlavə, lif qəbulu toxluq müddətini uzadacaq və gün ərzində qanda şəkər və insulin dalğalanmalarını azaldacaq. İştahanın idarə edilməsinə dəstək olacaq.
Həddindən artıq qəlyanaltı yeməyin.
Gün ərzində və yeməklər arasında tez-tez qəlyanaltı yemək insulin dayanıqlılığı olan insanlar üçün məsləhət deyil.
Acqarına şirniyyatlar yeməyin.
Şirniyyat qəbul edərkən diqqətli olun. Şərbətli, xəmirli və yağda qızardılan desertlər əvəzinə südlü desertləri seçin. Yeməkdən əvvəl şirniyyat yeməyin. Kiçik porsiyalarla və yeməkdən sonra daha məsləhətdir.
Müntəzəm olaraq məşqlər edin.
İnsulin dayanıqlılığı olan insanlar hər gün mütləq müntəzəm olaraq idman etməlidirlər. Məşq hüceyrələrin insulinə qarşı həssas olmasına kömək edir. Həftədə ən azı üç gün bir saat sürətlə gəzməyə çalışın.
Milli.Az