Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çinlilər ''S-Class''ı əvəz edə bilən avtomobil təqdim etdi

Çinlilər ''S-Class''ı əvəz edə bilən avtomobil təqdim etdi

Tarix: 21 Avqust 2024 10:58

Şanxayda (Çin) "Stelato S9" avtomobillərinin ilk partiyasının tədarükü mərasimi baş tutub. Mərasimdə "Huawei" şirkətinin idarəedici direktoru, "Terminal BG"nin sədri və "Smart Car Solutions BU"nun sədri Yuy Çendun iştirak edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, avtomobilin ilk sahibi məşhur çinli aktrisa Yan Mi olub.

"Stelato S9 Ultra" qara rəngdə, kəhrəba-qəhvəyi salon, 21 düymlük döymə təkərlər və çəkisizlik rejimli oturacaqlar dəsti ilə ən güclü versiyaya uyğunlaşdırılıb. Modelin qiyməti 63 300 dollardır (107 610 manat).

Təqdimat mərasimində Yuy Çendun bildirib ki, oktyabrın sonu və noyabr ayları arasında "Stelato S9" mühüm proqram yeniləmələri ilə təchiz olunacaq və süni intellekt texnologiyası növbəti səviyyəyə qaldırılacaq. Yuy Çendun, həmçinin "Stelato S9"da "Huawei Qiankun Intelligent Driving ADS 3.0"dan istifadə etdiyini, "Huawei"in dünyanın ən yaxşı ağıllı sürücülük sistemi olduğunu bildirib.

"Huawei" və "BAIC" bu ilin avqust ayında 55 900 dollardan (95 030 manat) başlayan qiymətlərlə "Stelato S9 executive" lüks sedanını satmağa başlayıblar. Avtomobil "Mercedes-Benz S-Class", "BMW 7-Series" və "Audi A8"ə rəqib kimi təqdim edilib.


Etiketlər:  Çinlilər Classı əvəz edə bilən avtomobil təqdim etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ