Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2024 07:08
ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, onun rəqibi Kamila Harris 2022-ci ilin əvvəlində Vladimir Putinlə görüşüb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
"Bayden Ukraynadakı müharibəni dayandırmaq üçün Harrisi Avropaya göndərdiyi vaxtı xatırlayın. O, Putinlə görüşüb, üç gün sonra isə Putin hücuma keçib. O nə etdi? Sizcə o, öz işini yaxşı görüb? O, Putinlə "bunu etmə" demək üçün görüşmüşdü. Üç gün sonra Putin hücum etdi", - o bildirib.
Nəşr qeyd edir ki, Trampın sözləri reallığa uyğun gəlmir. Onların məlumatına görə, Harris heç vaxt Putinlə görüşməyib.