Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2024 23:24
Norveç Kiyevə Ukrayna ərazisində artilleriya mərmilərinin istehsalına kömək etməyə hazırdır.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyinin bəyanatında deyilir.
"Norveç hökuməti müdafiə texnologiyalarını Ukrayna ilə bölüşməyə və bu istiqamətdə maliyyə baxımından kömək etməyə hazırdır. Beləliklə, (Norveç-Fin silah istehsalçısı) "Nammo" tərəfindən hazırlanmış artilleriya mərmiləri Ukraynada istehsal oluna bilər. "Nammo" Ukraynada 155 mm-lik artilleriya mərmilərinin lisenziyalı istehsalına yardım etmək üçün müqavilə bağlayıb", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, "Nammo" Norveç hökumətindən aldığı 1 milyard kron (indiki məzənnə ilə 94 milyon dollar) dəyərində müqavilə sayəsində artilleriya mərmilərinin istehsalını 10 dəfə artırmaq niyyətindədir.