Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2024 10:06
Beynəlxalq Olimpiya Komitəsi Azərbaycan idmançısı Yaylagül Ramazanova barədə paylaşım edib.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, paylaşımda bildirilir: "Çempion ürəyi, ananın gücü. Yaylagül Ramazanova Paris-2024-də limitləri yenidən müəyyənləşdirdi" (Heart of a champion, strength of a mother. Yaylagul Ramazanova redefined limits at Paris 2024).
Ana olmağa hazırlaşan idmançımızın Olimpiadanın kamandan oxatma yarışlarında iştirakı bütün dünya mediasının diqqətini cəlb edib. Xarici media nümayəndələri Yaylagül Ramazanovanın bu addımını böyük cəsarət və əsl idmançı əzmkarlığı kimi qiymətləndiriblər. Bir çox beynəlxalq media qurumları Yaylagüldən müsahibə götürmək və onunla reportaj hazırlamaq üçün müraciət ediblər.