Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Astronomlar nəhəng planet aşkar ediblər

Astronomlar nəhəng planet aşkar ediblər

Tarix: 29 Noyabr 2019 15:56

Bakı. Trend:

Astronomlar tərəfindən planetlərin yaranması nəzəriyyəsinə uyğun olmayan qeyri-adi nəhəng planet aşkar edilib. Yerdən 30 işıq ili məsafədə yerləşən yeni planet Yupiterə bənzəyir və kiçik "qırmızı cırtdan" ətrafında fırlanır.

Trend-in məlumatına görə, bu planetin ölçüsü ətrafında fırlandığı ulduzuna nisbətdə daha böyükdür. Əvvəllər isə yalnız kiçik planetlərin "qırmızı cırtdanlar"ın ətrafında fırlana biləcəyi güman edilirdi.

Günəş kütləsi Yupiterin kütləsindən 1050 qat daha böyükdürsə, GJ 3512b adlandırılan bu planet GJ 3512 adlı öz cırtdan ulduzundan 270 dəfə böyükdür.


Etiketlər:  Astronomlar nəhəng planet aşkar ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ