Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Gömrük Hospitalının uzman uşaq cərrahı canlı yayımda çıxış edəcək

Mərkəzi Gömrük Hospitalının uzman uşaq cərrahı canlı yayımda çıxış edəcək

Tarix: 29 Noyabr 2019 16:20

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının uzman uşaq cərrahı Vüsal Cəfərov 4 dekabr 2019-cu il tarixində saat 16.00-da canlı yayımda “Uşaqlarda qasıq yırtıqları” mövzusunda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq.

Hospitaldan Trend-ə verilən məlumata görə, Dr. Vüsal Cəfərov 2009-cu ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirdikdən sonra 2011-2016-cı illərdə İstanbul Cərrahpaşa Universitetinin Tibb fakültəsinin Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası bölməsində uzmanlıq təhsili almışdır. Dr. Vüsal Cəfərov 2016-cı ildən etibarən Mərkəzi Gömrük Hospitalında uşaq cərrahı kimi çalışır.

Dr. Vüsal Cəfərov uşaqlarda anadangəlmə inkişaf qüsurlarını, yenidoğulmuş uşaqların cərrahi problemlərini, müxtəlif növ uşaq uroloji əməliyyatlarını, uşaqlarda rast gəlinən təcili patalogiyaları həm açıq cərrahiyyə, həm də laparoskopik üsulla icra edir. 2019-cu ildə Dr. Vüsal Cəfərovun ABŞ-ın nüfuzlu “Journal of Pediatric Surgery Case Report” və Türkiyənin “Annals of Medical Research” jurnallarında elmi məqalələri dərc olunub.

Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/). Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək olar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mərkəzi Gömrük Hospitalının uzman uşaq cərrahı canlı yayımda çıxış edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ