Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncə və Lənkəranda turizmlə bağlı yeni təşkilatlar yaradılıb

Gəncə və Lənkəranda turizmlə bağlı yeni təşkilatlar yaradılıb

Tarix: 29 Noyabr 2019 18:20

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin sonuna qədər qərb regionunda turizm siyasətini koordinasiya edəcək Gəncə Destinasiya Menecment Təşkilatı və cənub regionunda Lənkəran Destinasiya Menecment Təşkilatının yaradılması nəzərdə tutulub.

Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Milli Turizm Sammitində çıxışı zamanı deyib.

K.Qasımovun sözlərinə görə, hazırda bununla bağlı son işlər həyata keçirilir:

"Ötən ildən regionlarda turizm siyasətinin idarəedilməsini Destinasiya Menecment xətti vasitəsilə həyata keçirməyə çalışırıq. Artıq Şəki-Balakən regionunu əhatə edən Şəki Destinasiya Menecment Təşkilatı, Quba-Qusar regionunu əhatə edən Quba Destinasiya Menecment Təşkilatı yaradılıb. Destinasiya Menecment Təşkilatlarının əsas işi həm regionun turizm siyasətinin formalaşmasında yaxından iştirak etmək, eyni zamanda həmin regionda olan turizm sənayesinin üzvləri ilə koordinasiyalı fəaliyyəti təşkil etmək, eyni zamanda regiona məxsus yeni turizm məhsulları və turizm marşrutlarının yaradılmasıdır. Artıq bununla bağlı kifayət qədər nailiyyətlər əldə edilib. Şəki və Quba regionlarında bununla bağlı artıq nailiyyətlərimiz var. Ümid edirəm ki, növbəti illərdə bu işlərlə bağlı daha artıq məlumat vermək və real nəticələr göstərmək imkanımız olacaq".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gəncə Lənkəranda turizmlə bağlı yeni təşkilatlar yaradılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ