Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2019 20:36
Bakı. Trend:
Masallıda mənzildən oğurluq edən ev sahibinin qızı daha 2 nəfərlə birgə saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 600 manat pul, 550 manat dəyərində qızıl-zinət əşyaları və sənəd oğurlamaqda şübhəli bilinən ev sahibinin yeniyetmə qızı və kənd sakinləri A.Əsədova, S.Fərəcov saxlanılıblar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin