Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Emin Mahmudov qaçırılan penaltidən DANIŞDI

Emin Mahmudov qaçırılan penaltidən DANIŞDI

Tarix: 6 Sentyabr 2024 17:42

Bunu 100 faiz dəqiq demək mümkün deyil. Mən də penaltini qaçıra bilərdim.

Sonxeber.net bildirir ki, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin kapitanı Emin Mahmudov İsveçə uduzduqları UEFA Millətlər Liqasının oyununda 11 metrlik cərimə zərbəsini Ramil Şeydayevin yerinə yetirməsi ilə bağlı danışarkən deyib.

Təcrübəli yarımmüdafiəçi komanda yoldaşının zərbəni yerinə yetirmək istəyi ilə ona yaxınlaşdığını bildirib:

"Burada heç bir problem yoxdur. Ramil yığmada daha əvvəl də penalti vurub".

Mahmudov qarşılaşma haqqında da danışıb:

"Məğlubiyyətin ilk səbəbi qol şanslarından istifadə edə bilməməyimizdir. Ötən il Avropa çempionatının seçmə mərhələsində bu rəqiblə matçda əlimizə düşən fürsətləri dəyərləndirdik. İndi isə epizodları qola çevirə bilmədik. Belə yaxşı komandalar bunu bağışlamır. Rəqib keyfiyyətli oyunçulardan təşkil olunub. İlk qolu əks-hücumda vurdular. Biz qolları vursaydıq, başqa cür ola bilərdi. Amma artıq görüş bitib və heç nəyi dəyişə bilmərik".

Kapitan sentyabrın 8-də səfərdə Slovakiya ilə üz-üzə gələcəkləri matça toxunub:

"Bu görüşdə yaxşı oyun göstərmək niyyətindəyik. Rəqib Avropa çempionatında yaxşı təsir bağışlayıb. Yaxşı nəticə qazanmağa çalışacağıq".

Qeyd edək ki, sentyabrın 8-də Koşitse şəhərindəki "Koşitse Futbol Arenası"nda keçiriləcək Slovakiya - Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 20:00-da səsləndiriləcək. Yığmamız Millətlər Liqasının C Liqasının I qrupunun ilk görüşündə, Tofiq Bəhramov adına Respublika stadionunda İsveçə 1:3 hesabı ilə uduzub.


Etiketlər:  Emin Mahmudov qaçırılan penaltidən DANIŞDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ