Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2024 20:42
Hindistandan Almaniyaya uçan sərnişin təyyarəsi bomba həyəcanına görə Türkiyənin Ərzurum hava limanında məcburi eniş edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, təyyarə təxliyyə edilib və şəhərin hava məkanı uçuşlara bağlanıb.
Hazırda bombanın zərərsizləşdirilməsi üzrə mütəxəssislər təyyarədə axtarış aparır.
Ərzurum valisi Mustafa Çiftçi hadisə ilə bağlı açıqlama yayaraq "Havada bomba təhlükəsi olanda "Vistara Hava Yolları"na məxsus təyyarə ilk olaraq Ordu Hava Limanına enmək istəyir. Amma abadlıq işləri getdiyi üçün Trabzona istiqamətləndirirlər. Oradan isə Ərzuruma eniş təyin olunub", - bildirib.
Onun sözlərinə görə, təyyarədə 243 sərnişin olub.
"Vistara Hava Yolları" da təcili enişlə bağlı açıqlama verib:
"Bombay-Frankfurt (BOM-FRA) UK27 reysi təhlükəsizlik səbəbiylə Türkiyəyə (Ərzurum hava limanı) istiqamətləndirilib və saat 17.05-də təhlükəsiz şəkildə eniş edib".