Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Kiyevə daha 250 milyon dollarlıq hərbi yardım göndərir

ABŞ Kiyevə daha 250 milyon dollarlıq hərbi yardım göndərir

Tarix: 6 Sentyabr 2024 23:22

ABŞ Prezidenti Co Bayden bu gün Ukraynaya 250 milyon dollarlıq yeni yardım paketini açıqlayacaq.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun Almaniyada keçirilən iclasında deyib.

Onun sözlərinə görə, təhlükəsizliklə bağlı yeni yardım paketi Ukraynanın ehtiyaclarını ödəməyə kömək edəcək.

ABŞ müdafiə naziri həmçinin əmin edib ki, Ukraynaya yeni yardımlar müharibə sürətinə uyğun olaraq göndəriləcək.

Ostin ABŞ-ın Ukraynaya 4 milyard dollardan çox yardım göstərməyi öhdəsinə götürdüyünü də xatırladıb.


Etiketlər:  ABŞ Kiyevə daha milyon dollarlıq hərbi yardım göndərir


RƏYLƏR