Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran açıqladı: Nə Ukraynaya, nə də Rusiyaya...

İran açıqladı: Nə Ukraynaya, nə də Rusiyaya...

Tarix: 7 Sentyabr 2024 07:54

İran münaqişə tərəflərinə, o cümlədən Ukraynaya silah vermir və bütün ölkələri bundan nümunə götürməyə çağırır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin yaydığı bəyanatda deyilir.

"İranın Ukraynadakı münaqişə ilə bağlı mövqeyi dəyişməz olaraq qalır, İran münaqişədə iştirak edən tərəflərə hərbi yardım göstərməyi qeyri-insani hesab edir, bu, itkilərin artmasına, infrastrukturun məhvinə və atəşkəs danışıqlarından uzaqlaşmağa gətirib çıxarır", - deyə İranın diplomatik missiyası bildirib.

Milli.Az


Etiketlər:  İran açıqladı Ukraynaya Rusiyaya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ