Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Veteran futbol hakimi vəfat etdi - FOTOlar

Veteran futbol hakimi vəfat etdi - FOTOlar

Tarix: 8 Sentyabr 2024 15:50

Əslən Gəncədən olan beynəlxalq dərəcəli hakim, məşqçi-müəllim Novil İsmayılov vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, ürək tutmasından ölüb.

Qeyd edək ki, Novil İsmayılov 1952-ci ildə anadan olub.

O, ümumittifaq dərəcəli veteran futbol hakimi olub. SSRİ çempionatında "Dəri top" mükafatına layiq görülüb.

Müstəqilllik dövründən 2017-ci ilə qədər hakim-inspektor kimi fəaliyyət göstərib. Fəxri bədən tərbiyə işçisi olub.

Milli.Az


Etiketlər:  Veteran futbol hakimi vəfat etdi FOTOlar


RƏYLƏR