Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrailə elə bir anda zərbə endirəcəyik... - İran

İsrailə elə bir anda zərbə endirəcəyik... - İran

Tarix: 8 Sentyabr 2024 19:56

İran hakimiyyəti HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünə görə İsrailə lazımi anda cavab verəcək, lakin Tehranın tədbirləri apreldəki hücumlardan fərqli olacaq.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu İranın İraqdakı səfiri Məhəmməd Kazım Əl-Sadiq deyib.

"Cavab parametrləri, icrası, gücü baxımından əvvəlki hərəkətlərdən fərqli olacaq. Onlar təhlükəsizlik qüvvələrinin və silahlı qüvvələrin komandirləri tərəfindən münasib vaxtda və uyğun yerdə müəyyən ediləcək",- o bildirib.

Səfir qeyd edib ki, İranın 2024-cü il aprelin 14-də İsrailə endirdiyi ilk "Doğru vəd" əməliyyatı güc nümayişi idisə, ikinci belə əməliyyat gücdən istifadə olacaq.


Etiketlər:  İsrailə elə anda zərbə endirəcəyik İran


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ