Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gecələr işləyənlərə XƏBƏRDARLIQ: ölüm riskiniz daha çoxdur

Gecələr işləyənlərə XƏBƏRDARLIQ: ölüm riskiniz daha çoxdur

Tarix: 18 Sentyabr 2024 21:21

Araşdırmalara görə, axşam saatlarında işləmək kökəlməyə gətirib çıxarır və depressiya riskini artırır.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, gecə gec saatlarda işləyən insanlar daha yüksək bədən kütləsi indeksinə (BMI), daha çox bel ölçüsünə, daha çox gizli yağa və daha erkən yuxu cədvəlini saxlayanlara nisbətən 2-ci tip diabetin inkişaf riski demək olar ki, 50% daha yüksəkdir.

Hollandiyanın Leiden Universitetinin Tibb Mərkəzindən Dr.Jeroen van der Veldenin rəhbərlik etdiyi tədqiqatda 5000-dən çox insan iştirak edib. Doktor van der Velde qeyd edib ki, qeyri-sağlam vərdişlər daha çox gecə xronotipləri ilə əlaqəli olsa da, bu amillər gecə aktiv olanlarda metabolik pozğunluqların riskinin artmasına tam izahat vermir.

Tədqiqatçılar orqanizmin daxili bioritmlərinin xarici şərtlərə uyğun gəlmədiyi sirkadiyalı disharmoniyanın bu prosesdə əsas rol oynaya biləcəyini irəli sürüblər. Bu uyğunsuzluq diabet də daxil olmaqla xəstəliklərin riskinin artmasına səbəb olur.

Tədqiqat həmçinin göstərib ki, gec xronotipli insanlarda daha çox visseral piy və qaraciyər piyləri var ki, bu da onların müxtəlif xəstəliklərə qarşı həssaslığını əhəmiyyətli dərəcədə artırır.


Etiketlər:  Gecələr işləyənlərə XƏBƏRDARLIQ ölüm riskiniz daha çoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ