Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Blinkendən Livandakı partlayışlara reaksiya

Blinkendən Livandakı partlayışlara reaksiya

Tarix: 18 Sentyabr 2024 21:34

ABŞ Dövlət katibi Entoni Blinken Livanda peycerlərin kütləvi partlamasına münasibət bildirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Blinken mətbuat konfransında hadisənin hansı səbəbdən baş verdiyinin tam aydınlaşdırılmalı olduğunu və ABŞ-ın bunu araşdırmağa davam etdiyini deyib.

"Hadisənin nələrə gətirib çıxaracağını və Hizbullah hərəkatının fəaliyyətinə necə təsir edəcəyini bilmirəm", - o əlavə edib.

Qeyd edək ki, dünən Livanın paytaxtı Beyrutda peycerlərin partlaması nəticəsində 12 nəfər ölüb, 4 min nəfər yaralanıb. Yaralananlar arasında İranın Livandakı səfiri Müctəba Amani də var.

Peycerlərin İsrailin kiber-hücumu nəticəsində partladığı bildirilir.

Partlayışlar bu gün də davam edib və 9 nəfər ölüb, 300 nəfər yaralanıb.

Milli.Az


Etiketlər:  Blinkendən Livandakı partlayışlara reaksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ