Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2019 07:16
Bakı. Trend:
ABŞ sakinləri "Black Friday" günü onlayn alış-veriş mağazalarında 7,4 milyard dollar xərcləyiblər.
Trend-in məlumatına görə, bu barədə "CNBC" teleşirkəti "Adobe Analytics"in statistik məlumatlarına istinadən xəbər verir.
Bildirilir ki, builki göstəricilər ötən ilki göstəriciləri 1 milyard dollardan artıq üstələyir - 2018-ci ildə "Black Friday" günü ABŞ vətəndaşları 6,22 milayrd dollar xərcləmişdi. Bu vəsaitlərdən təxminən 2 milyard dolları smartfonlar vasitəsi ilə alış-verişə xərclənmişdi, amma cari il bu göstərici 2,9 milyard dollara bərabər olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin