Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2019 12:28
"France Football" nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının builki sahibi bu gün müəyyənləşəcək.
Qol.az xəbər verir ki, qalibin adı Parisin "Teatr ve Opera Binası"nda keçiriləcək mərasimdə açıqlanacaq. Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
İlin futbolçusu adına üç namizəd isə Lionel Messi ("Barselona", Argentina), Kriştiano Ronaldo ("Yuventus", Portuqaliya) və Vircil van Deykdir ("Liverpul", Niderland).
Qeyd edək ki, Messi və Ronaldo indiyədək bu mükafatı 5 dəfə qazanıb, Van Deykin isə “Qızıl top”un sevincini ilk dəfə yaşaya bilər.