Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Livan ''Hizbullah''ının liderinin qızı bombardmanda ÖLDÜ

Livan ''Hizbullah''ının liderinin qızı bombardmanda ÖLDÜ

Tarix: 28 Sentyabr 2024 12:26

İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun Dahiya bölgəsinə endirdiyi hava zərbələri nəticəsində Livan "Hizbullah"ının lideri Həsən Nəsrullahın qızı Zeynəb Nəsrullah ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki,bu barədə İsrailin "12-ci" telekanalı məlumat yayıb.

Bildirilib ki, Z.Nəsrullah "Hizbullah"ı dəstəklədiyini dəfələrlə bəyan edib.

Xatırladaq ki, Həsən Nəsrullahın böyük oğlu Hadi Nəsrullah da 1997-ci ildə İsrail hərbçiləri ilə döyüşdə ölüb.

İsrail KİV-nin yaydığı məlumata görə, ötən gecə "Hizbullah"ın Beyrutdakı mərkəzi qərargahına endirilən hava zərbələri nəticəsində Həsən Nəsrullah da ölüb.

Milli.Az


Etiketlər:  Livan Hizbullahının liderinin qızı bombardmanda ÖLDÜ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ