Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni arxiyepiskop azərbaycanlı diplomatları öydü

Erməni arxiyepiskop azərbaycanlı diplomatları öydü

Tarix: 1 Oktyabr 2024 16:04

Azərbaycan çox yaxşı diplomatlar yetişdirib və çox aydın strategiya həyata keçirir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Qərbi Avropanın patriarxal nümayəndəsi, Vatikandakı bütün ermənilərin katolikosunun nümayəndəsi, arxiyepiskop Xajak Parsamyan deyib.

"Ermənistan güclənmə strategiyası yaratmalıdır. Bu 25 il ərzində azərbaycanlılar çox yaxşı diplomatlar yetişdirib, onların çox aydın strategiyası var və onu həyata keçirirlər. Ona görə də etiraf etmək lazımdır ki, bu gün Azərbaycan 30 il əvvəlki kimi deyil. Biz isə güclənmək üçün birlik formasını tapmalıyıq", - o bildirib.

Parsamyan qeyd edib ki, Ermənistan üçün azad bazarın olması çox vacibdir:

"Azad bazarlar iqtisadiyyatı güclü edir və ölkənin iqtisadiyyatı güclü olanda digər problemlərin həlli üçün daha çox imkanlar yaranır. Hesab edirəm ki, Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir".

Milli.Az


Etiketlər:  Erməni arxiyepiskop azərbaycanlı diplomatları öydü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ