Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üçüncü ildir ki, ABŞ-də ən pullu adamdır

Üçüncü ildir ki, ABŞ-də ən pullu adamdır

Tarix: 1 Oktyabr 2024 20:22

Amerikalı iş adamı Elon Mask, sərvətinin azalmasına baxmayaraq, üçüncü ildir ki, ABŞ-nin ən varlı adamı olaraq qalır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Onun sərvəti 244 milyard dollar olaraq qiymətləndirilir. Üstəlik, son bir ildə sahibkar 7 milyard dollar "yoxsullaşıb".

ABŞ-nin ən zəngin adamları siyahısında ikinci yeri "Amazon"un qurucusu Ceff Bezos tutur, onun sərvəti 197 milyard dollar qiymətləndirilir.

Üçüncü yerdə şirkətin səhmlərinin dəyərinin kəskin artması sayəsində sərvəti 181 milyard dollara çatan Mark Zukerberqdir.

Ümumilikdə "Forbes" jurnalına görə ABŞ-nin ən varlı adamlarının siyahısına 400 nəfər daxildir. Onların bu il ümumi sərvəti 5,4 trilyon dollar, rekord həddə qiymətləndirilir.

Milli.Az


Etiketlər:  Üçüncü ildir ABŞ pullu adamdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ