Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan Kərkinin Azərbaycana təhvil verilməsinə münasibət bildirdi

Paşinyan Kərkinin Azərbaycana təhvil verilməsinə münasibət bildirdi

Tarix: 2 Oktyabr 2024 18:27

Anklavlar mövzusu Azərbaycanla münasibətlərdə hər zaman olub və var. Ermənistan bu mövzudan imtina edə bilməz.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə adıçəkilən ölkənin Baş naziri Nikol Paşinyan müxalif deputat Qarnik Danielyanın Tiqranaşen kəndinin (Sədərək rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kərki kəndi-red.) Azərbaycana təhvil verilməsi məsələsinin müzakirə edildiyi barədə replikasına reaksiya verərkən bildirib.

Paşinyan belə bir müzakirə faktını təsdiqləməyib, lakin o qeyd edib ki, "İrəvan Azərbaycanın daxilində erməni anklavı Artsvaşenin (Gədəbəy rayonunda yerləşən Başkənd-red.) olması səbəbindən bu məsələdən yayına bilməz".

Milli.Az


Etiketlər:  Paşinyan Kərkinin Azərbaycana təhvil verilməsinə münasibət bildirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ