Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2024 09:04
ABŞ Prezidenti Co Bayden İsrailin İrandakı nüvə obyektlərinə zərbə endirməsini məqsədəuyğun hesab etmədiyini bildirib.
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Belə ki, jurnalistlərin İsrailin belə bir zərbəsini dəstəkləyib-dəstəkləməyəcəkləri barədə sualına qısa olaraq "Yox" deyib.
Xatırladaq ki, oktyabrın 1-i axşam saatlarında İran İsrailə raket hücumu həyata keçirib.