Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2019 15:00
"Barselona"nın hücumçusu Antuan Qrizmann İspaniya La Liqasının 15-ci turunda "Atletiko" ilə oyunda xoşagəlməz halla üzləşib.
Qol.az xəbər verir ki, fransalı futbolçu Madriddə keçirilən görüşdə sabiq komandasının azarkeşləri tərəfindən təhqir olunub. Yerli fanatlar "Qrizmann, öl!" şüarı səsləndiriblər.
Bundan başqa, "Hər zaman bir adın olmağını istədin, adı qazandın, amma insan olmağı unutdun!" yazılmış pankart açılıb.
Qeyd edək ki, 2014-2019-cu illərdə “Atletiko”da çıxış edən Qrizmann bu ilin yayında “Barselona”ya keçib.