Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2024 14:25
Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə şəxsi həyatı ilə gündəmə gəlib.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, o həyatında sevgili kimi "Mükəmməl bəy" axtarır.
Nəsrin mətbuatda yanındakı adamların onun sevgilisi kimi qələmə verilməsindən narahat olduğunu deyib:
"Onların hamısı mənim dostumdur. Eşq həyatımda "Mükəmməl bəy" axtarıram. Yanımda görülən saç ustam belə sevgilim kimi təqdim edilir. Onlar məndən yaşca kiçik uşaqlardır. Olarsa, söz deyərəm".
Xatırladaq ki, Nəsrin Cavadzadə bir zamanlar Türkiyədə yayımlanan və reytinq rekordu qıran "Yasak Elma" serialında çəkilib. O ekran işində "Şahika Ekinci" obrazına həyat verib.