Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2024 18:20
"Aygün Bəylər əvəzsiz sənətkar idi. Bu həm dostluğunda, həm sənətində, həm də insanlığında... Çox gözəl insan idi. Böyük bir itki oldu. Aygünün bildiyini sinəsinə döyüb "mənəm-mənəm" deyən musiqiçilər bilməzdi. Onun bildiyini hətta musiqi cəhətdən professor adını belə qazananlar bilmirdi. Aygün Bəylər azərbaycan musiqisinin arxivi idi. Böyük sənətkar getdi amma daim yaşayacaq".
Sonxeber.net olay-a istinadən bildirir ki, bu sözləri müğənni Elnur Məmmədov qonaq olduğu "Günə bax" verilişində deyib.
Mərhum həmkarı, Əməkdar artist Aygün Bəylərdən söz açan sənətçi onunla bağlı xatirələrini dilə gətirib:
"Aygün Bəylərlə çox yaxın idik. O mənim yaxın dostum idi. Aygün gedişi ilə bizi də öldürdü. Günlərlə özümə gələ bilmirdim. Onun gedişi o qədər mənə pis təsir etmişdir ki, günlərin bir günü hiss elədim ki, nəfəsim kəsilir. Fikrimi yayındırmaq üçün öz övladımla oynadım. Amma Aygünün ölümü mənə çox pis təsir etdi. O sağlığında rəhmətini qazanan bir xanım idi. Hamımız o dünyaya gedəndə iki şey aparırıq - lənət və rəhmət. Çalışdığımız qədər lənət deyil rəhmət aparaq. Düzdü, bir çox insanlar rəhməti düşünmürlər. Onlar elə düşünürlər ki, nə varsa elə budur. Amma ən əsas bildiyimiz bura yox elə o dünyadır".
Qeyd edək ki, Aygün Bəylər bu ilin yanvarında uzun sürən xərçəng xəstəliyindən Ankarada vəfat edib.