Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2024 20:00
Vatsap tərtibatçıları "Statuslar" bölməsində istifadəçilər üçün yeni funksiyaların yaradıldığını elan ediblər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə messencerin bloqunda məlumat verilib.
Məlumata görə, yeniləmələrə bəyənmə, gizli qeydlər əlavə etmək və istifadəçinin qeyd olunduğu statusları repost etmək imkanı daxildir. "Statuslar"dakı bəyənmələr yalnız onların müəlliflərinə görünəcək və sayğacda göstərilməyəcək.
Yeni funksiyalar artıq yayılmağa başlayıb və tezliklə bütün dünyada istifadəçilər üçün əlçatan olacaq.