Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2024 23:55
Meyxanaçı Ağamirzə Məmmədov giley-güzarını açıqlayıb.
Sonxeber.net bildirir ki, lent.az-a açıqlama verən meyxanaçı sosial şəbəkələrdə ünvanına səsləndirilən tənqidlərdən yorulduğunu, bezdiyini deyib.
"Ümumiyyətlə, çox şeylərdən küsürəm, büruzə vermirəm. İnciməkdən keçib, çox şeydən küsmüşəm. Peşmansan nəsə paylaşasan. Yüz dənə pis söz yazırlar. Edənin də çoxu öz tanıdıqlarım. bildiklərimdir.
Yad adamın mənlə nə işi var? O saat başlayırlar içlərindəki kini qusmağa. Paxıllıq, lağlağı, qeybət, nə desən var bizimkilərdə. Yorurlar, bezdirirlər. Tanınmış adam olmağın ağır cəzası da var", - o bildirib.