Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2024 10:32
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada bu yaxınlarda keçirdiyi görüşdə erməni həmkarı Ararat Mirzoyana kvadroberlərlə (özlərinə quyruq, üzlərinə maska taxıb, ayaq və əlləri üstə gəzən adamlar - red.) bağlı verdiyi gözlənilməz sualının arxasında nə dayandığını açıqlayıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, Moskva görüşü ərəfəsində Lavrovla Ermənistanın xarici işlər naziri Mirzoyan arasında qeyri-rəsmi söhbət zamanı kvadroberlər mövzusu gündəmə gəlib.
Lavrov həmkarından soruşub ki, "Sizdə kvadroberlər varmı? Bunlar it kimi geyinib, "dördayaq" gəzən uşaqlardır. Bu, indi əsas xəbərlərdən biridir". Mirzoyan isə bunu görmədiyini, lakin sözügedən fenomenin təbiəti ilə tanış olduğunu bildirib. Ermənistan səfiri Qurgen Arsenyan da öz növbəsində əlavə edib ki, Avropada bu fenomen artıq gender kimliyinin bir hissəsi kimi qəbul edilir.
Bu gözlənilməz söhbət bir anda sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
Rusiyalı jurnalist Pavel Zarubin Lavrovdan vacib danışıqlar öncəsi niyə belə qeyri-adi məsələ qaldırdığını soruşub. Lavrov təbəssümlə belə cavab verib:
"Bu yaxınlarda ananın uşağı iplə aparması ilə bağlı videoya baxdım və "görəsən Ermənistanda belə hallar yayılıbmı" deyə maraqlı gəldi".
Lavrov kvadroberlərə qadağa qoyulmasının zəruriliyi barədə suala cavab olaraq qeyd edib ki, bu, artıq qanunvericilərin yurisdiksiyasındadır.