Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldo "Qızıl top"un mükafatlandırma mərasiminə getmir

Ronaldo

Tarix: 2 Dekabr 2019 19:52

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo bu gün Bakı vaxtı ilə saat 23:30-da başlayacaq "Qızıl top"un mükafatlandırma mərasimində iştirak etməyəcək.

Qol.az-ın Fransa mətbuatına isitnadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu tədbirin keçiriləcəyi Parisə getməyib. Ronaldonun bu gün Milandakı qala gecələrindən birində olacağı bildirilib. Onun həmin mərasimdə mükafat alacağı gözlənilir.

Qeyd edək ki, "France Football" nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatını "Barselona"nın hücumçusu Lionel Messinin qazanacağı iddia olunur.

 


Etiketlər:  Ronaldo Qızıl topun mükafatlandırma mərasiminə getmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ