Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şimali Koreyanın yeni müdafiə naziri oldu

Şimali Koreyanın yeni müdafiə naziri oldu

Tarix: 9 Oktyabr 2024 13:40

No Qvan Çxol Koreya Xalq Demokratik Respublikasının (KXDR) 14-cü çağırış Ali Xalq Məclisinin (AXM) 11-ci sessiyasında KXDR-in yeni müdafiə naziri təyin edilib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

Kadr təyinatları oktyabrın 7-dən iki gün davam edən sessiyanın gündəliyinin beşinci bəndi kimi nəzərdən keçirilib.

KMTA həmçinin bildirir ki, Li Man Su tikintiyə dövlət nəzarəti naziri, Kim Son Bin isə Dövlət Elm və Texnologiya Komitəsinin sədri təyin edilib.

Bundan əvvəl KXDR-in müdafiə naziri vəzifəsini Kan Sun Nam tuturdu.


Etiketlər:  Şimali Koreyanın yeni müdafiə naziri oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ