Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-də ''Milton'' qasırğası nadir təbiət hadisəsinə səbəb oldu: Florida körfəzinin suyu ''qurudu'' - VİDEO

ABŞ-də ''Milton'' qasırğası nadir təbiət hadisəsinə səbəb oldu: Florida körfəzinin suyu ''qurudu'' - VİDEO

Tarix: 11 Oktyabr 2024 08:16

ABŞ-nin Florida ştatını vuran "Milton" qasırğası Tampa körfəzindən suyu çəkib çıxarıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.

Tampa körfəzində nadir təbiət hadisəsi baş verib ki, elm adamları bunu "əks fırtına dalğası" adlandırırlar. Qasırğa müvəqqəti olaraq körfəzdən bütün suyu çəkib ki, nəticədə suyun dibi üzə çıxıb, Beyşor bulvarı ərazisində dəniz suyunun səviyyəsi isə xeyli aşağı düşüb.

Pensilvaniya Universitetinin Landşaft arxitekturası kafedrasının dosenti Piter Stempelin sözlərinə görə, güclü küləklər suyu sahil körfəzlərindən "sıxışdırdıqda" "əks fırtına dalğası" yaranır.

Florida Fövqəladə Hallar Departamentinin mütəxəssisləri yerli sakinləri körfəzin açıq dibinə çıxmamağa çağırıb, çünki su tezliklə qayıda bilər.

Qeyd edək ki, oxşar hadisə 2022-ci ildə "İan" qasırğası zamanı da baş verib. Nəticədə su bir neçə saat körfəzi "tərk edib", sonra qəfil "geri dönüb".


Etiketlər:  ABŞ Milton qasırğası nadir təbiət hadisəsinə səbəb oldu Florida körfəzinin suyu qurudu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ