Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə bir gündə ikinci avtobus qəzası: Onlarla yaralı var

Türkiyədə bir gündə ikinci avtobus qəzası: Onlarla yaralı var

Tarix: 11 Oktyabr 2024 13:30

Türkiyədə daha bir avtobus qəzası baş verib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu dəfə hadisə Malatyanın Akçadağ rayonunda qeydə alınıb.

Bildirilir ki, sürücünün idarəetməni itirməsi nəticəsində sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılaraq aşıb. Hadisə nəticəsində azı 17 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəza yerinə dərhal çoxsaylı təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralılar ilkin tibbi yardım aldıqdan sonra xəstəxanalara çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma başladılıb və qəzanın səbəbləri müəyyənləşdirilir.


Etiketlər:  Türkiyədə gündə ikinci avtobus qəzası Onlarla yaralı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ