Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fatimə Nazilə ilə bağlı bu suala əsəbiləşdi

Fatimə Nazilə ilə bağlı bu suala əsəbiləşdi

Tarix: 15 Oktyabr 2024 01:00

Rəqqasə Fatimə Fətəliyeva "Rəngarəng" verilişdə qonaq olarkən aparıcının sualına əsəbiləşib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, rəqqasə şair Nazilə Səfərli ilə bağlı sualı belə cavablayıb:

"Heç kimlə küsülü deyiləm. Ümumiyyətlə kin saxlayan insan deyiləm. Amma mənim elə bir xasiyyətim var ki, biləndə ki, haradasa özüm səhv buraxmışam hər zaman qarşı tərəfdən üzr istəməyə hazıram. Bu işdə bilirəm ki, səhv deyiləm. Ona görə də vicdanım o qədər rahatdır. O da xanımdır, mən də. Hər şeyi zaman həll edəcək. Biz ailəmiz üçün çalışırıq. Əsas odur ki, insanlığımızı, simamızı itirməyək. Sizdən xahiş edirəm, bu məsələ haqqında danışmayaq və söhbəti bağlayaq. Belə bir vəziyyət yarananda insanlarda "Fatimə aqressivdir" fikir yaranır. Xahiş edirəm, məni bu cür insanlara təqdim etməyin. Məni tanıyan insanlar bilir ki, savaşdan və dalaşdan uzaq duranam. Çox mehriban və həssas insanam. Bu cür suallar yarananda və sosial şəbəkələrə yayılanda, orada şərhlər yazılanda artıq mənim ailəmdə və övladlarımda travma yaranır. Belə şeylər etməyin".

Qeyd edək ki, Nazilə məhkəmədə Fatimədən 50 min təzminat istəyib. Nazilə məhkəmədə qalib gəlib, Fatimə isə apellyasiyaya müraciət edib. O, bir müddət əvvəl apellyasiya məhkəməsini də uduzub. Qərara əsasən Fatimə 50 min yox, 500 manat təzminat ödəməlidir. 

Xatırladaq ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla" sözlər səbəb olub. Ondan sonra Fatimə bu sözlərin ona aid olduğunu söyləyib.


Etiketlər:  Fatimə Nazilə ilə bağlı suala əsəbiləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ