Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təzminat belə alınacaq: Ermənistan etiraf etdi - Şərtlər

Təzminat belə alınacaq: Ermənistan etiraf etdi - Şərtlər

Tarix: 23 Oktyabr 2024 12:22

Politoloq Fərhad Mehdiyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanın Qarabağda BMT qətnamələrinə əsasən hərbi əməliyyatlar keçirdiyini etiraf edib. Qarşı tərəfin uzun müddətdən sonra məsələyə etirafedici yanaşması Azərbaycan üçün əlavə hansı hüquqi üstünlüklər qazandıra bilər?

- Əslində erməni tərəfinin bu etirafları niyə daha öncə etməməsi çox maraqlıdır. Amma yenə də bunu etiraf ediblər. Bu, qarşı tərəfi güzəştə getməyə hazırıq mesajı deməkdir. Həmçinin Simonyan bu etirafı Qarabağın vaxtilə işğal altında olmuş ətraf 7 rayonu ilə bağlı edib-etməməsi aydınlaşmalıdır. Əgər onlar keçmiş Dağlıq Qarabağın ətraf bölgələrini nəzərdə tutursa, bu, birmənalı yanaşma olacaq. Deyə bilərlər ki, səsləndirdiyimiz fikirlər keçmiş Dağlıq Qarabağın digər rayonlarına aidiyyatı yoxdur və s. Azərbaycanın ümumiyyətlə apardığı müharibənin BMT qətnamələrinə uyğun olduğunu qarşı tərəfin etiraf etməsi bu rəsmi Bakı üçün beynəlxalq hüquq müstəvisində əlavə üstünlüklər qazandıra bilər.

- Necə ifadə edilir-edilsin bu açıqlamanı işğal faktının etirafı kimi dəyərləndirmək olarmı?

- Sözsüz ki, burada hüquqi üstünlüklər mövcuddur. Ən başlıcası isə Azərbaycan ərazilərinin işğal faktına görə, Ermənistanın ödəyəcəyi təzminat məsələsi var. Bu gündəlikdədir. Burada reallıq odur ki, BMT qətnamələri mövcuddur. Bu, birbaşa işğal faktının təsdiqidir. Simonyanın bunu deyib-deməməsi heç nəyi dəyişmir.

- Təzminatla bağlı prosedurlarda bu kimi etiraflar nə dərəcədə təsirlidir?

- Beynəlxalq hüquqda yanaşmalar fərqlidir. Ona görə də, təzminat məsələsini beynəlxalq məhkəməyə çıxartmaq olmur. Çünki burada qarşı tərəf yəni, cavabdeh məhkəmənin səlahiyyətlərini qəbul etməlidir. İki dövlət arasında belə bir president mövcud deyil.

- Bu hansı məntiqlə uzlaşır?

- Heç bir milli dövlət, o cümlədən Azərbaycan beynəlxalq məhkəmənin yuridistikasını əvvəlcədən qəbul etməyib. Bütün məsələlər baxımından bu belədir. Hər bir dövlət deyir ki, sərfəli olsa qərar verəcək. Çünki milli dövlətlər hansısa məhkəmənin qərarlarını özündən üstün formada qəbul etmək istəmir.

- Hansısa istisna yoxdurmu?

- Bu ancaq Avropa İttifaqına üzv dövlətlərə aiddir. Onlar arasında razılaşma var ki, hər hansı bir mübahisə olsa, beynəlxalq məhkəməyə müraciət edilsin. Aİ-ı xaricində heç bir dövlət buna imza atmayıb.

- Alternativlər nədən ibarətdir?

- Bəzi konvensiyalar beynəlxalq məhkəməyə getmək üçün imkanlar tanıyır. Aparteid Konvensiyasına görə də bu mümkündür.

- Aparteid Konvensiyasına əsasən Azərbaycan müharibəyə görə, təzminat tələb edə bilərmi?

- Xeyr, Çünki müharibə təzminatları Haaqa Konvensiyaları ilə istənilməlidir. Burada da Beynəlxalq Ədalət Məhkəməsinin yuridistikası avtomatik şəkildə qəbul edilmir. Hər iki tərəf qəbul etdikdən sonra Beynəlxalq Ədalət Məhkəməsi o işə baxa bilir.

- Beynəlxalq praktikada müharibə təzminatı necə alınır?

- Əgər, hansısa dövlət müharibədə məğlub olduğunu bəyan edərək, kapituliyasiya aktına imza atıb tərkisilah olursa burada qaydalar tamam fərqli işləyir. Beləliklə, masada kapitulyasiya olmuş dövlət bütün öhdəlikləri üzərinə götürərək müvafiq sənədə imza atır. Burada konpensasiyanın məbləği və hansı formada ödənməsi qeyd olunur.

- 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmada (Azərbaycan, Rusiya və Ermənistan) müharibə təzminatı məsələsi qeyd edilməyibsə, bu sözsüz ki, həmin tələbdən imtina etmək demək deyil...

- Azərbaycan bu hüquqi özündə saxlayır. Danışıqlar prosesində bu məsələ öz həllini tapacaq.


Etiketlər:  Təzminat belə alınacaq Ermənistan etiraf etdi Şərtlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ